Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Bunun inanılmaz görünə biləcəyini başa düşürük, ona görə də Nikol Paşinyanın birbaşa sözlərindən sitat gətirəcəyik: “Məncə, tərəfdaşımız Rusiya haqqında pis dillə danışmaq düzgün deyil. Mən Vladimir Putinlə ünsiyyət qururam və bizim iş janrımız qarşılıqlı hörmətdir. Mən Rusiyaya münasibətdə mövcud olan lüğəti qəbul etmirəm. Bəli, problemlər var, onları müzakirə etmək lazımdır, amma biz heç bir ölkəyə, xüsusən də Rusiya kimi dərin dostluq və əməkdaşlıq ənənələrimizə malik olan ölkəyə qarşı belə danışa bilmərik. Bu, dövlət zehniyyəti deyil”. Əlbəttə, prinsipcə yanlış heç nə deyilməyib, əksinə, bu onunla razılaşmamaq mümkün olmayan müstəsna hallardan biridir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az