Aİ silah istehsalını artıracaq

2024/09/1725268127.jpg
Oxunub: 364     18:33     04 Sentyabr 2024    
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) lazımi addımları atmalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Lyayen verdiyi açıqlamada qeyd edib.

Onun sözlərinə görə, Aİ geosiyasi təhdidlər, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda öz silah istehsal potensialını artırmaq üçün hələ kifayət qədər iş görməyib.

“Avropanı qorumaq hər şeydən əvvəl Avropanın borcudur. NATO bizim kollektiv müdafiəmizin mərkəzi olaraq qalmalıdır, lakin bizə daha güclü Avropa sütunu lazımdır”, - deyə Lyayen qeyd edib.

Avropanın bu onilliyin əvvəlində təhlükəsizliklə bağlı kifayət qədər səy göstərməsinin illüziya olduğunu deyən Lyayen onilliyin ikinci yarısının yüksək riskli olacağını əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Silah  


Bizi "telegram"da izləyin