Ordu.az xəbər verir ki, Qomel Sərhəd Xidmətləri Komandanlığı gərginliyin artması fonunda Ukrayna sərhədi boyunca hərbi qulluqçu yerləşdirməyə və hərbi birləşmələr qurmağa davam edir.
Qomel Sərhəd Xidmətləri Komandanlığı rəisinin birinci müavini Andrey Fedorov bildirib: “Hər kəs başa düşməlidir ki, biz qoşunlarımızı dövlət sərhədi boyunca yerləşdirməyə davam edirik. Təhlükəsizliyimiz üçün lazım olan bütün addımları atmağa qərarlıyıq”.
Fedorov sərhəd zonasında qüvvə və vasitələrin artırılmasını, dövlət sərhədinin mühafizəsində onlardan istifadənin intensivləşdirilməsini əhatə edən bir sıra tədbirləri qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyi təlim adı altında sərhədə hərbi qulluqçu və texnika topladığını bildirdiyi Belarusa xəbərdarlıq edib ki, sərhəd pozulacağı təqdirdə Belarusun bütün hərbi hissə və obyektləri Ukrayna qüvvələrinin hədəfinə çevriləcək.
Sevinc Əliyeva
Ordu.az