Ordu.az xəbər verir ki, bu barədə “Global Energy Monitor” (GEM) beynəlxalq beyin mərkəzi məlumat yayıb.
Beyin mərkəzinin topladığı məlumatlara görə, inşası davam edən 69 reaktorla yanaşı, 92 reaktorda da ilkin inşa işlərinə başlanılıb, 178 reaktorun inşasına başlanılması nəzərdə tutulub.
Buna əsasən, ABŞ iyul ayı etibarilə 102 min 475 meqavat güclə aktiv nüvə enerjisi gücündə birinci yerdədir. Bu ölkəni 64 min 40 meqavat güclə Fransa və 58 min 134 meqavat güclə Çin izləyir.
ABŞ hazırda 94 nüvə reaktorunda aktiv enerji istehsal edərkən, Çində 58, Fransada 56, Rusiyada 36, Cənubi Koreyada 26, Hindistanda 20 və Kanadada 19 reaktor fəaliyyətini davam etdirir.
Sevinc Əliyeva
Ordu.az