Erməni siyasi analitik: “ABŞ Ermənistanla bağlı xarici çağırışlarla məşğul olur”

2024/08/1725024908.jpg
Oxunub: 369     13:43     05 Sentyabr 2024    
“Sosial şəbəkələrdə belə bir yumoristik qeydə rast gəlmək olar: Ermənistan ən müstəqil ölkədir, çünki ondan heç nə asılı deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Ruben Marqaryan deyib.

Onun sözlərinə görə, əsas məsələlər, xarici siyasət problemləri və s. ilə sanki Ermənistan yox, Ermənistandan kənar oyunçular məşğul olur.

“Bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, sülh müqaviləsində Zəngəzur dəhlizini tələb etmirlər, bu həm də bu tələbdən imtina etdikləri demək deyil. Burada diqqət çəkən məqam odur ki, Elçin Əmirbəyov ABŞ-də məsləhətləşmələrdən sonra belə bir bəyanatla çıxış edib. Belə bir təəssürat yaranır ki, bu əsas məsələlər güclü xarici siyasi oyunçuların öhdəsinə buraxılıb, bu halda ABŞ Ermənistanla bağlı xarici çağırışlarla məşğul olur. Bunun müqabilində Paşinyan Rusiya ilə münasibətləri korlamaqla və bununla da Ermənistanın regiondakı rolunu məhdudlaşdırmaqla ödəniş edir”, - deyə Marqaryan qeyd edib.

Marqaryan bildirib ki, beynəlxalq ictimaiyyətin susması Ermənistanın hakim dairələrinin susması ilə bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin