Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Suren Surenyants sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin funksiyalarının başqa struktura verilməsi ilə bağlı daha bir təşəbbüs müzakirə olunur.
“Ağır cinayətlərin açılması səlahiyyətini MTX-dən İstintaq Komitəsinə ötürdükdən sonra indi də Xarici Kəşfiyyat Xidməti (XKX) əvvəllər sırf MTX-yə məxsus olan bir sıra məsələləri həmin strukturun nəzarəti olmadan həll etməyi təklif edir. Xüsusilə, iki il əvvəl yaradılan Xarici Kəşfiyyat Xidməti dövlət sirri haqqında qanuna dəyişiklik etməyi təklif edir. Mövcud qaydalara görə, MTX vətəndaşları yoxlayırsa və məxfi məlumatları kimə verə biləcəyinə, kimə verə bilməyəcəyinə qərar verirsə, indi Xarici Kəşfiyyat Xidməti MTX-yə müraciət etmədən şəxsən belə qərarlar qəbul etmək istəyir”, - deyə Surenyants qeyd edib.
Surenyants bildirib ki, bütün günü suverenlik uğrunda mübarizə aparan Nikol Paşinyan xüsusi xidmət orqanlarını yad təsirdən azad edə bilmir.
Alpər Mövludoğlu
Ordu.az