Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Müdafiə Nazirliyinin siyasi və qanuni hüququna məhəl qoymur.
“Ehtimal etmək olar ki, Suren Papikyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyi istintaq mexanizmləri ilə bağlı bu təkliflə tam razılaşmır və buna görə məsuliyyəti Baş Nazir Aparatının üzərinə qoyur? Bəlkə də belədir. Belə olan halda niyə birbaşa Nikol Paşinyanın adını çəkməyək, axı Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etmədiyi təklifin müəllifi odur. Ermənistan Baş Nazir Aparatı Paşinyanın İlham Əliyevə yalnız şifahi və birbaşa təklifini sənədləşdirib, bunu prosedurdan çıxış edərək, yazılı şəkildə çatdırıb. Amma bu, hazırda təəssüf ki, Ermənistanı təmsil edən və əvvəllər Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmağı, həmçinin hücum etməmək haqqında paktı imzalamağı təklif edən Nikol Paşinyanın təklifidir. Ola bilsin ki, yazılanları bəziləri təfərrüat hesab etsin, amma şeytan təfərrüatlardadır. Bu cür təfərrüatlar çox şeydən xəbər verir, həm də hazırkı hakimiyyətin və Nikol Paşinyanın ölkəyə və dövlət qurumlarına münasibətini ifadə edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az