Türkiyə parlamentinin binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

2024/08/1723728202.jpg
Oxunub: 360     17:13     15 Avqust 2024    
Fələstin Prezidenti Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində (TBMM) gözlənilən çıxışı ilə əlaqədar parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər parlament binasına iki mərhələli yoxlama prosesindən sonra buraxılır. Bundan əlavə, binanın ətrafında çəkiliş aparmaq qadağandır.

Mahmud Abbas Ankaraya çərşənbə günü axşam saatlarında gəlib və bu gün onun TBMM üzvləri qarşısında çıxışı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Parlament  


Bizi "telegram"da izləyin