BMT Ali Komissarlığı Rusiyadan Kursk vilayətinə giriş üçün icazə tələb edib

2024/08/1723723996.jpg
Oxunub: 356     16:05     15 Avqust 2024    
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Kursk, Belqorod və Bryansk vilayətlərində hərbi əməliyyatlar fonunda insan hüquqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə öz əməkdaşlarının bu ərazilərə gedə bilməsi üçün Rusiya tərəfinə sorğu göndərib.

Ordu.az xəbər verir ki, bunu TASS-a komissarlığın rəsmi nümayəndəsi Elizabet Trossel deyib.

“Təsdiq edə bilərəm ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bizim insan hüquqlarına riayət edilməsinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı mandatımıza uyğun olaraq Rusiya Federasiyasının hərbi əməliyyatlardan zərər çəkmiş ərazilərinə, o cümlədən Belqorod, Bryansk və Kursk vilayətlərinə qurumun çıxışının asanlaşdırılması üçün Rusiya hökumətinə sorğu göndərib”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Rusiya  


Bizi "telegram"da izləyin