KİV: ABŞ rəsmiləri İsrailin HAMAS-a qalib gələ bilməyəcəyini düşünür

2023/10/1698383687.jpg
Oxunub: 288     15:34     15 Avqust 2024    
İsrail Qəzza sektorunda aktiv hərbi əməliyyatlara başlasa da HAMAS-a qalib gələ bilməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzetindəki məqalədə yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən bildirilir.

Yazıda qeyd edilir ki, girovluqda qalan şəxslərin azadlığa buraxılması və meyitlərin mübadiləsi güc tətbiqi ilə deyil, yalnız dinc yolla mümkündür.

Məqalədəki iradlara İsrail Hərbi Komandanlığından cavab verilib. Bildirilib ki, rəsmi Təl-Əviv girovluqda saxlanılan şəxslərin azadlığa buraxılması üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

Ağ Evin Yaxın Şərq məsələləri üzrə müşaviri Amos Hoxşteyn mübadilə prosesinin Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaqda mühüm rol oynayacağını deyib.

Qeyd edək ki, bu gün Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyams Bernsin girovlarla bağlı danışıqlarda iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gəlməsi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HAMAS  


Bizi "telegram"da izləyin