Estoniya MN: Ukraynaya dəstəyimiz davam edəcək

2024/08/66bde-1723720770.jpg
Oxunub: 317     15:12     15 Avqust 2024    
Estoniyanın Müdafiə Nazirliyinin kansleri Kusti Salm ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Teleqram” kanalında məlumat yayılıb.

O da qeyd edilib ki, Ukraynanın müdafiə nazirinin müavini Aleksandr Balanutsa Estoniya Müdafiə Nazirliyinin nümayəndəsini ordunun zəruri ehtiyacları barədə məlumatlandırıb.

Ukraynalı nazir Estoniyanın ölkəsinə dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlıq səviyyəsinin illik proqnozu üstələdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ukrayna  


Bizi "telegram"da izləyin