Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova dəfn edilib - YENİLƏNİB

2024/08/1878e-1723717820.jpg
Oxunub: 711     15:46     15 Avqust 2024    
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalova ilə Bərdə şəhərində keçirilən vida mərasimi başa çatıb.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Bərdə şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib.

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Xocalı rayonunun Malıbəyli kəndindəki məzarlıqda aşkar edilib.

T.Zeynalova Bərdə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bərdə   Şəhid  


Bizi "telegram"da izləyin