Ordu.az xəbər verir ki, bu barədə “Defence Equipment and Support” (DE&S) tərəfindən verilən açıqlamada bildirilib.
Açıqlamaya görə, “Lockheed Martin” tərəfindən hazırlanmış yeni PUA təxminən 20 saat davam edən sınaqlardan uğurla keçib.
“Stalker” VXE30 istehsalçısı olan DE&S texnoloji və müharibə inkişafı ilə ayaqlaşmaq üçün layihəni “inqilab” kimi təqdim edir.
Qanadlarının genişliyi 4,88 metr və çəkisi 20 kiloqramdan bir qədər çox olan “Stalker” VXE30 DE&S tərəfindən əməliyyat baxımından sübut edilmiş, şaquli olaraq buraxıla bilən PUA kimi təsvir edilir.
Sevinc Əliyeva
Ordu.az