Yunanıstan F-16-ları üçün ABŞ istehsalı olan IVEWS REM sistemini almaq istəsə, Türkiyəyə pul ödəməli olacaq

2024/08/f16-1-1723711308.jpg
Oxunub: 538     18:19     15 Avqust 2024    
Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) F-16V döyüş təyyarələrini qabaqcıl Radioelektron Mübarizə (REM) sistemləri ilə təchiz etməkdə çətinliklərlə üzləşir.

Ordu.az xəbər verir ki, səbəblərdən biri isə Türkiyədir.

REM sistemləri üçün ABŞ HHQ-dən gələn ilkin dəyər qiymətləndirməsi gözlənilmədən yüksək olub.

Qiymət 83 təyyarə üçün 1,4-1,6 milyard avro arasında dəyişir.

Üç əsas REM sistemi qiymətləndirilir: “Northrop Grumman/IVEWS”, “BAE Systems/Storm EW”, “L3Harris/Viper Shield”.

Yüksək qiymətə sertifikatlaşdırma üçün əhəmiyyətli Təkrarlanmayan Xərclər (NRE) daxildir ki, bu da hazırda sertifikatlaşdırılmış “Viper Shield” sistemi üçün lazımsız görünür.

Yunanıstan HHQ indi xərcləri azaltmaq məqsədilə 83 təyyarədən yalnız 40-ı üçün REM sistemləri almağı düşünür.

Qeyd edilir ki, Yunanıstan F-16-ları üçün ABŞ istehsalı olan IVEWS REM sistemini almaq istəsə, Türkiyəyə pul ödəməli olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   F-16   HHQ  


Bizi "telegram"da izləyin