Yaşar Gülərdən F-35, F-16 və “Eurofighter” açıqlaması

2024/08/1723711230.jpg
Oxunub: 492     14:21     15 Avqust 2024    
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin ABŞ ilə “Blok-70” F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin tədarükü ilə bağlı əldə etdiyi razılaşmadan məmnun olduğunu və prosesin planlaşdırıldığı kimi davam etdiyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə Gülər “Reuters”in suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

“Ümid edirik ki, son reaktiv təhvil verilənə qədər layihə problemsiz şəkildə tamamlanacaq”, - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

O qeyd edib ki, iki NATO müttəfiqinin rəsmiləri sazişin detallarını müzakirə etməyə davam edirlər.

Gülər Türkiyənin F-35 döyüş təyyarələri ilə bağlı proqramda Ankara və Vaşinqtonun mövqeyinin dəyişmədiyini və danışıqların davam etdiyini bildirib.

O, həmçinin bəyan edib ki, Ankara Britaniya, İspaniya və Almaniyadan “Eurofighter Typhoon” döyüş təyyarələri almaq istəyir, lakin hələlik konkret inkişaf yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər   F-35   F-16   Eurofighter  


Bizi "telegram"da izləyin