Erməni siyasi xadim: “Elçin Əmirbəyovun Paşinyanın yeni konstitusiyanın qəbul edilməsi üçün vaxt istədiyi ilə bağlı açıqlamasına əslində heç bir cavab verilməyib”

2024/08/1723702848.jpg
Oxunub: 486     14:19     15 Avqust 2024    
“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində ölkə rəhbərinin Ermənistan konstitusiyasını dəyişməsə, sülh müqaviləsinin bağlanmayacağı barədə bəyanatını təkrarlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Suren Surenyants sosial şəbəkə hesabında yazıb.

Surenyantsın sözlərinə görə, Elçin Əmirbəyov, həmçinin bildirib ki, Nikol Paşinyan Azərbaycan hökumətinin nümayəndələri ilə konstitusiyaya dəyişiklik edilməsi məsələsini müzakirə edib.

“Onun sözlərinə görə, Nikol Paşinyan yeni konstitusiyanı qəbul edə bilmək üçün vaxt istəyib. İlham Əliyevin nümayəndəsinin bu açıqlaması ilə bağlı “Factor.am” Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib. Xarici İşlər Nazirliyi sorğuya cavab verib ki, konstitusiyaya dəyişikliklər prosesi Ermənistanın daxili işidir. İlk baxışdan XİN hərtərəfli cavab verib. Ancaq ilk baxışdan belədir, çünki Elçin Əmirbəyovun Nikol Paşinyanın yeni konstitusiyanın qəbul edilməsi üçün vaxt istədiyi ilə bağlı açıqlamasına əslində heç bir cavab verilməyib”, - deyə erməni siyasi xadim bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin