Ordu.az xəbər verir ki, bunu erməni analitik Arman Abovyan deyib.
Onun sözlərinə görə, Rusiya ərazisinə daxil olan Ukrayna qrupları məhv ediləcək.
“Başqa sözlə, Ukrayna özünü dərin böhrana salıb, çünki onun himayədarları olan Qərb artıq tədricən Rusiya ilə birbaşa danışıqlardan çıxır. Aydındır ki, Qərbin Rusiya ilə danışıqlarda güzəştə gedəcəyi əsas iş Ukrayna ərazisidir. Bundan əlavə, artıq qeyd etdiyim kontekstdə Ukraynaya verilən pul və silahların məbləğində xeyli azalma var”, - deyə Abovyan qeyd edib.
Ermənistanın yenidən iştirak etmədiyi KTMT-nin müntəzəm təlimlərinə gəlincə, Abovyan bildirib ki, hazırkı qarışıq, təlatümlü vəziyyətdə Ermənistan hökumətinin Ermənistanın təhlükəsizlik sisteminin zərərinə Türkiyə və Azərbaycanın maraqlarına xidmət etmək cəhdləri narahatlıq doğurur.
“Bütün bunlar çox təhlükəlidir. KTMT-nin hərbi təlimlərində iştirak edib-etməməyə Ermənistan hakimiyyəti qərar vermir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az