Norveç Finlandiyaya qoşun göndərməyi planlaşdırır

2024/08/1723699347.jpg
Oxunub: 242     01:27     15 Avqust 2024    
Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi planlaşdırır.

Ordu.az--ın məlumatına görə, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yenidən yerləşdirməyə hazırlıq Finlandiya Prezidenti Alexander Stubb tərəfindən təsdiqlənib.

“Bölmələr hazırda Tromsoda yerləşir, lakin bu, Rusiya ilə sərhəddən çox uzaqdır. Buna görə də Norveç hərbçilərini Finlandiyanın Laplandiyasına, yəni mümkün təhlükəyə daha yaxın yerə köçürməyi nəzərdə tutur”, – nəşr mənbələrdən birinə istinadla yazır.

Yerləşdirmə ilə bağlı müzakirələrin oktyabrda Stubbun Norveçə səfəri zamanı aparılacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Finlandiya  


Bizi "telegram"da izləyin