KİV: Nigerdə yaraqlıların hücumu nəticəsində 15 dinc sakin öldürülüb

2024/08/1723698984.jpg
Oxunub: 242     05:48     15 Avqust 2024    
Nigerin Mehana rayonunda, Burkina-Faso ilə sərhəd yaxınlığındakı altı kənd və kiçik yaşayış məntəqəsinə silahlıların hücumları nəticəsində azı 15 mülki şəxs ölüb, daha bir neçə nəfər yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə “Agence France-Presse” ordu mənbələrinə istinadən xəbər verib.

Cavab tədbirləri zamanı hökumət ordusunun bölmələri iki terrorçunu zərərsizləşdirib və onların nəqliyyat vasitələrini məhv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Hücum  


Bizi "telegram"da izləyin