Ötən il oktyabrın 8-dən “Hizbullah” İsrailə 7 500 raket atıb

2024/08/1723698916.jpg
Oxunub: 275     05:24     15 Avqust 2024    
“Hizbullah” 2023-cü il oktyabrın 8-dən indiyədək 7 500-dən çox raket və 200 pilotsuz təyyarə ilə İsrailə hücum edib,

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” portal İsrail Baş nazirinin informasiya mərkəzinin hesabatına istinadən məlumat yayıb.

“Hizbullah” tərəfindən ən çox raket atışı iyul ayında qeydə alınıb (1 091 dəfə).

İsraillə “Hizbullah” arasında gərginlik yaranandan 24 mülki şəxs, Hindistanın bir vətəndaşı, həmçinin təhlükəsizlik qüvvəsinin 19 əməkdaşı həlak olub. 271 nəfər yaralanıb, 62 480 nəfər təxliyə edilib.

Raket atışları nəticəsində bugünədək İsrailin şimalında 39 min hektar ərazi yanıb.

Zərbələr kənd təsərrüfatı və turizm sənayesi üçün milyardlarla dollar itkilərə səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin