Netanyahu Qəzza ilə bağlı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib

2024/07/1722229057.jpg
Oxunub: 352     21:51     14 Avqust 2024    
İsrail nümayəndələri avqustun 15-də Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlara gedəcəklər.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib”, - məlumatda deyilir.

Bundan əvvəl Misir, Qətər və ABŞ hakimiyyəti İsrail və HƏMAS-ı avqustun 14-15-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Qəzza  


Bizi "telegram"da izləyin