Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk və Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev iki ölkə arasında əməkdaşlığın strateji səviyyəsini təsdiqləyiblər.
Ordu.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Tərəflər Azərbaycan və Belarus prezidentlərinin əldə etdikləri razılaşmaların icrasını, yaxın gələcək üçün ikitərəfli təmasların cədvəlini müzakirə ediblər”, - məlumatda qeyd olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Belarus