İsrail Qəzzada atəşkəs üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb

2024/08/66bcc-1723647513.jpg
Oxunub: 376     18:39     14 Avqust 2024    
HAMAS imtina etsə belə, biz Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edəcəyik.

Ordu.az-ın “inn.co.il” portalına istinadən xəbərinə görə, bunu İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser bildirib:

“Biz bu danışıqlarda iştirak etməkdə qərarlıyıq, çünki görüşün uğurla nəticələnməsini istəyirik. Girovların azad edilməsi üçün əlimizdən gələni etsək də, HAMAS hər dəfə yeni şərtlər irəli sürür və yekun razılaşmanın imzalanmasına mane olur”.

Qeyd edək ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bir qədər əvvəl açıqlama verərək, tərəflər arasında müzakirələrin avqustun 15-də Qətərin ev sahibliyi ilə təşkil olunacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin