Slovakiyada bəzi siyasətçilərin mühafizəsi gücləndirilib

2024/08/1723641923.jpg
Oxunub: 334     17:14     14 Avqust 2024    
Slovakiya polisi həm hökumət əleyhinə etiraz aksiyaları, həm də son günlər çoxalan təhdidlər səbəbindən bir sıra siyasətçilərin mühafizəsini gücləndirib.

Ordu.az-ın “Denik N” portalına istinadən xəbərinə görə,

Bratislava mədəniyyət naziri Martina Şimkoviçovanın vəzifədən getməsi tələbi ilə kütləvi etiraz aksiyaları başlayıb. 30 min nəfərə yaxın vətəndaşın qatıldığı etirazlarda hökumətin də ünvanına təhdidlər səsləndirilib.

Qeyd edək ki, mayın 15-də baş nazir Robert Fitsoya qarşı sui-qəsd olub. Hadisə ilə bağlı “terrorçuluq” maddəsi ilə cinayət işi qaldırılıb. Nəticədə bu əməli törətməkdə şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Sintula tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Mühafizə  


Bizi "telegram"da izləyin