Müdafiə texnologiyaları startapı “Anduril Industries” Ukraynadakı münaqişə səbəbindən sektora qoyulan investisiyalar artarkən, ABŞ ordusu və müttəfiqləri üçün avtonom silah istehsalını sürətləndirmək məqsədilə 1,5 milyard dollar toplayıb.
Ordu.az xəbər verir ki, “Anduril”in əsas maliyyəsini təmin edən Piter Tilin vençur kapitalı firması “Founders Fund” Virciniyada yerləşən investor “Sands Capital” ilə birlikdə son raunda rəhbərlik edib.
Bu son investisiya Kaliforniyada yerləşən startapı 14 milyard dollar dəyərində qiymətləndirir, şirkətin ən son pul topladığı 2022-ci ilin dekabrındakı dəyərini iki dəfə artırır.
“Fidelity Management”, “Baillie Gifford” və “Franklin Templeton”un vençur kapitalı qolu olan “Franklin Venture Partners” də bu raundda iştirak edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Anduril-Industries
ABŞ