Qazaxıstanın “Anka” zərbə PUA-ları inventara daxil olmağa başlayır

2024/08/1723628228.jpg
Oxunub: 415     14:31     15 Avqust 2024    
Qazaxıstan Müdafiə Nazirliyi ölkənin hərbi inventarının müasirləşdirilməsi istiqamətində səyləri gücləndirib.

Ordu.az xəbər verir ki, nazirliyin rəsmi internet saytında dərc olunan ilin birinci yarısı üzrə fəaliyyət hesabatında mühüm hadisələr diqqəti cəlb edir.

Müdafiə Nazirliyinin sözçüsü Ruslan Canqulin video hesabatında Türkiyə istehsalı olan “Anka” Pilotsuz Uçuş Aparatlarının (PUA) hərbi sınaqlarının davam etdiyini açıqlayıb.

Bu sınaqlar Qazaxıstan Silahlı Qüvvələrinin yerli və xarici məhsullarla təchiz edilməsi prosesinin mühüm hissəsini təşkil edir.

Hesabatda bildirilib ki, ilin sonuna kimi “Arlan” və “Cobra II” zirehli təkərli vasitələri də inventara daxil olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Anka   PUA  


Bizi "telegram"da izləyin