Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Oragir.news” nəşri yazıb.
“Yuxarıya gedən yola quraşdırmışdılar, ötən gün o yoldan keçdim, gördüm ki, söküblər, dirəklər qalıb. Yenidən quraşdıracaqlar, ya yox, bilmirik. Amma həmin lövhə sakinlərin narazılığı ilə qarşılanıb, çünki üzərində Ermənistan sərhədi yazılmışdı, lakin sürücünün sərhədə neçə kilometrdən sonra çatacağını başa düşməsi üçün kilometrlər yox idi. Bundan başqa, Laçının, Qarabağın bu istiqamətdə olduğu qeyd olunmamışdı”, - deyə Zəngəzur vilayətinin sakinlərindən biri nəşrə açıqlamasında qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az