Erməni hüquqşünas: “Ermənistan MN memorandum imzalaya və əraziləri Azərbaycana verə bilməzdi, bu, qanunsuzdur”

2024/08/1723625214.jpg
Oxunub: 555     17:45     15 Avqust 2024    
“Əgər memorandum Ermənistan ərazisinin təhvil verilməsi barədədirsə, bu, birmənalı olaraq qanunsuzdur, amma məsələ ondadır ki, bunun Ermənistanın suveren ərazisinin bir hissəsi olmadığını deyəcək kimsə tapılacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquqşünas Ara Qazaryan Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın bəyanatını şərh edərkən deyib.

O vurğulayıb ki, Ermənistan ərazisi ilə bağlı istənilən dəyişiklik referendum tələb edir, referendumdan sonra hər hansı ərazinin verilməsi beynəlxalq müqavilə ilə müəyyən edilir, bu, tərəflərin iradəsini təsdiq edən sənəddir.

“Sənəddə iradəni təsdiq etməklə yanaşı, bir çox mexanizmlər, xüsusən də həmin ərazidə yaşayan sakinlərin həyati və sosial hüquqları göstərilməlidir. Ona görə də bu, məsələn, sülh müqaviləsinin miqyasında sənəd ola bilər”, - deyə Qazaryan bildirib.

Erməni hüquqşünas qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi memorandum imzalaya və əraziləri Azərbaycana verə bilməzdi, bu, qanunsuzdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   MN   Memorandum  


Bizi "telegram"da izləyin