Ermənistan MN sabiq nazirin ərazilərin güzəştə gedilməsi ilə bağlı imzalanmış memorandum barədə açıqlamasını təkzib etmir

2024/08/1723625091.jpg
Oxunub: 421     14:43     15 Avqust 2024    
Ermənistan Müdafiə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Ara Ayvazyanın 2020-ci ilin dekabrında Gorus-Qafan yolunun Azərbaycana keçməsi ilə bağlı memorandumun imzalandığı barədə bəyanatını hələ də təkzib etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.

Nəşrə görə, iyulun 26-da Ayvazyan “Azadlıq Radiosu”na açıqlamasında bildirib ki, Gorus-Qafan yolunun və Zəngəzurdakı Şurnuxu kəndinin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı hansısa sənəd imzalanıb, nə onun, nə də Xarici İşlər Nazirliyinin bundan xəbəri olmayıb.

“Pastinfo” avqustun 5-də Ermənistan Müdafiə Nazirliyinə yazılı sorğu göndərib.

“Sorğumuza cavab olaraq Erməistan Müdafiə Nazirliyi əlavə vaxt istəyib. Qeyd edək ki, qanun yalnız əlavə araşdırma üçün əlavə vaxtı nəzərdə tutur. Buradan belə çıxır ki, Müdafiə Nazirliyi sadəcə olaraq təkzib edə bilməyib, çünki bu, faktdır və məlumatın verilməsindən imtina etmək üçün vaxt lazımdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməistan   MN  


Bizi "telegram"da izləyin