Ordu.az xəbər verir ki, “Resmî Gazete”də dərc olunan qərara əsasən, Muğlanın Dalaman ilçəsində 16-cı Əsas Reaktiv Baza Komandanlığı fəaliyyətə başlayıb.
Bu strateji addım Türkiyənin müdafiə qabiliyyətini xeyli artıracaq.
Yeni bazanın yeri kritik hərbi əhəmiyyət kəsb edir.
Bölgədə uzun illər önləmə uçuşları üçün vəzifə yerinə yetirən bölmələr indi daha əhatəli baza quruluşuna malikdir.
Lakin bazada yerləşdiriləcək park və təyyarələrin paylanması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Türkiyə Hərbi Hava Qüvvələrinin yeni bazasına briqada generalı Yusuf Karuk komandir təyin edilib.
Sevinc Əliyeva
Ordu.az