İsrail İran və müttəfiqlərinin qisas alacağına görə HHM sistemini gücləndirib

2024/08/2024--1723539385.jpg
Oxunub: 409     15:57     14 Avqust 2024    
İsrail rəsmiləri “Dəmir Günbəz”in də daxil olduğu çoxtəbəqəli Hava Hücumundan Müdafiə (HHM) şəbəkəsinin yaxın günlərdə böyük sınaqlardan keçəcəyini gözləyirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

İran və onun müttəfiqləri tərəfindən iki yüksək rütbəli "müqavimət lideri"nin hava zərbələri şəklində öldürülməsinə görə gözlənilən cavab ərəfəsində İsrail HHM şəbəkəsini gücləndirib.

Çox şey İran, “Hizbullah” və digər regional silahlıların hansı hücumu planlaşdırmasından asılı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin