Ordu.az xəbər verir ki, yeni raketlər Hindistana mümkün müharibədə Pakistan üzərində hava üstünlüyü yaratmağa kömək edəcək.
Hindistan Rusiyadan 120 ədəd “yer-hava” 40N6 raket almağı planlaşdırır.
Hindistanın Baş naziri Modinin Rusiyaya son səfərindən sonra Rusiya və Hindistan arasında müdafiə əlaqələri yeni razılaşmalarla yaxşılaşmağa davam edir.
Yeni qabaqcıl sistemlərin və raketlərin çatdırılması Hindistana regional rəqibi Pakistan üzərində böyük üstünlük verəcək.
Sevinc Əliyeva
Ordu.az