İsrail Müdafiə Nazirliyi yerli dizaynlı 20.000 ədəd M4 piyada tüfənginin tədarükü ilə bağlı rəsmi tender elan edib

2024/08/Casin-1723535781.jpg
Oxunub: 351     15:55     15 Avqust 2024    
İsrail Müdafiə Nazirliyi 2024-cü il avqustun 6-da İsrail Müdafiə Qüvvələri (IDF) üçün yerli dizaynlı 20.000 ədəd M4 piyada tüfənginin tədarükü ilə bağlı rəsmi tender elan edib.

Ordu.az xəbər verir ki, tender 14 000 ədəd və 6 000 ədəd tüfəngdən ibarət iki ayrı partiya halında təşkil olunub.

Müqaviləni partiyalara bölməklə, istehsal şirkətləri istehsalı bölüşdürə biləcəklər.

Tenderdə İsrailin üç aparıcı silah istehsalçısı iştirak edir: IWI-nin “Arad” tüfəngi, “Emtan Karmiel”in MZ-4-ü və “Silver Shadow”un “Gilboa” modeli.

Prototiplərin sınaq və qiymətləndirmə prosesi hələ başlamasa da, ilin sonuna qədər yekun qərarın verilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   MN   IDF  


Bizi "telegram"da izləyin