Erməni siyasi xadim: “Hər dəqiqə müharibə başlaya bilər, hər dəqiqə Ermənistan təlim meydançasına çevrilə bilər”

2024/08/1723533183.jpg
Oxunub: 462     14:11     14 Avqust 2024    
“Regionda gərgin vəziyyət hökm sürür, Ermənistan demək olar ki, müharibə halqası ilə əhatə olunub və bu vəziyyətdə Ermənistan hökumətini təmsil edən şəxslərə qeyri-adekvat münasibət mənim üçün təəccüblü deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Marqarit Yesayan deyib.

Onun sözlərinə görə, əslində Ermənistanın hazırkı hakimiyyətinin nümayəndələri hakimiyyət deyillər, kukladırlar.

Yesayan qeyd edib ki, 2018-ci ildə Ermənistanda hakimiyyət zəbt edilib.

“Təhdidlər başımızın üstündən Damokl qılıncı kimi asılıb, biz bunu hər dəqiqə hiss edirik, hər dəqiqə müharibə başlaya bilər, hər dəqiqə Ermənistan təlim meydançasına çevrilə bilər, Ermənistanın üzərindən keçəcəklər”, - deyə Yesayan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin