Ordu.az xəbər verir ki, bunu Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri, erməni politoloq Tevan Poğosyan deyib.
“Azərbaycan öz maraqlarından çıxış edərək hesablayıb ki, bu gün daha əlverişlidir. Bakı son və real məqsədinə çatmaq istəyini dəyişmədən bu cür yanaşma nümayiş etdirə bilər. Sülh müqaviləsindən danışırlar, amma o sülh müqaviləsi baş tutmayacaq. Azərbaycan deyəcək ki, biz kommunikasiyaların blokdan çıxarılması məsələsini aradan qaldırmağa hazırıq, amma daha bir məsələ - Ermənistanın konstitusiyası məsələsi var. Ermənistana sual verəcək ki, bizim bu müqaviləni imzalamağımız üçün siz konstitusiyanı dəyişmisiniz? Yenə deyirəm, Azərbaycan oturub hər şeyi hesablayıb və bu gün hər şeyi - beynəlxalq vəziyyəti, oktyabrda gözlənilən parlament seçkilərini, İsrail-İran qarşıdurmasını, Gürcüstanda keçiriləcək seçkilərni, Rusiya-Qərb qarşıdurmasını və s.-i oynayır, buna görə də indi niyə tələsməlidir?”, - deyə Poğosyan qeyd edib.
Erməni politoloq bildirib ki, Azərbaycan bu və ya digər ərazini güc yoluyla alacaq, ona görə də kağızda nə yazılacağı önəmli deyil.
“Şübhə edirəm ki, bu, (kommunikasiyaların blokdan çıxarılması-red.) Ermənistan hökumətinin tələbi olub və Azərbaycan hesablayıb razılaşıb”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az