Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, toplantılar Ermənistanın hüquq-mühafizə orqanlarının tam nəzarəti ilə müşayiət olunur.
“Görüşdən bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları verilmiş əraziyə gəlir, bütün toplanış boyu isə qırmızı beretlilərin tanınmış rəisi Haykaz Comərdyan bu qoşuna nəzarət edir və idarə edir. Nümayiş iştirakçılarının telefonları ilə lentə alındığı “hadisə yerində” operativ nömrəli avtomobillər də dolaşır. Bizə bildiriblər ki, Baqrat Qalstanyanın həyət görüşlərinə başladığı Avan inzibati rayonunun Tsarav Ağbyur məhəlləsində görüşün əvvəlindən sona qədər Comərdyan məhəllədəki kafedən mülki geyimdə şəxsən toplanışa nəzarət edib. Comərdyan keşişdən sonra gecə yarısı oradan ayrılıb, Qalstanyan isə görüşdən sonra uşaqlarla futbol oynayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az