Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, ötən həftə Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri bəyan ediblər ki, Ermənistan və Azərbaycan qarşılıqlı razılaşma əsasında iki ölkə arasında sülh sazişi layihəsindən Zəngəzur dəhlizi ilə bağlı bəndi çıxarmaq və məsələnin müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəliblər.
“Hakimiyyətə yaxın mənbələrimizdən öyrəndik ki, Paşinyan Qərb tərəfdaşlarına daxili sorğuların nəticələrini təqdim edib. Həmin sorğuların nəticələrinə görə, onun hakimiyyətinin reytinqi tarixi minimuma çatıb. O izah edib ki, əgər bu mərhələdə bir güzəştə də getsə, bu, ölkədə vəziyyətin fövqəladə gərginləşməsinə gətirib çıxara bilər, bu halda ən parlaq piar, velosiped-dolma şousu belə xilas etməyəcək və “Vətəndaş Müqaviləsi” partiyası hətta hakimiyyətin saxılamasını arzu belə edə bilməz. Qərb və qonşularımız məsələnin belə həllinə razılaşıblar. Tərəflər arasında rəsmi sənəd imzalamağa razılaşıblar ki, burada əsas mübahisəyə yer olmayacaq, o, sonrakı danışıqlara buraxılacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az