Ordu.az xəbər verir ki, avqustun 7-də Ukrayna ordusu Rusiyanın “Mi-28 Havoc” hücum helikopterinin quyruq rotorunu FPV tipli PUA ilə vurmasının görüntülərini paylaşıb.
Bu kontekstdə hücum pilotlu helikopterə qarşı FPV tipli PUA ilə müdaxilənin ilk nümunəsidir.
Rusiyanın Kursk vilayətində baş verən hadisədə helikopterin zədələndiyi və ekipajın hücumdan sonra helikopteri uğurla endirdiyi bildirilib.
Rusiya-Ukrayna müharibəsi ilə döyüş bölgələrində quru əsaslı hava hücumundan müdafiə sistemlərinin sayının artması pilotlu təyyarələrin uçuşlarının məhdudlaşdırılmasına səbəb olub.
Bu kontekstdə ucuz başa gələn və böyük elementləri hədəf almaq üçün inkişaf etdirilən FPV tipli PUA sistemlərinin fəaliyyətləri günü-gündən artır.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin paylaşdığı məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya 326 helikopter itirib.
Sevinc Əliyeva
Ordu.az