Ordu.az xəbər verir ki, mənbələr rus hərbi qulluqçuların bir müddət əvvəl Tehrana çatdığını və təlim prosesinin başladığını bildiriblər.
Rusiya Müdafiə Nazirliyinin rəsmiləri 2023-cü il dekabrın 13-də Tehranda İran Aerokosmik Sənaye Təşkilatı (AIO) tərəfindən istehsal olunan “Əbabil” ballistik raket sisteminin tədarükü üçün müqavilə imzalayıblar.
Rusiyanın “Əbabil” raket sistemindən başqa “Fath-360” taktiki ballistik raket sisteminə də maraq göstərdiyi məlum olub.
Mənbələrin məlumatına görə, Rusiya təlim fəaliyyətlərindən sonra “Fath-360” raketlərini təhvil almağa başlayacaq.
Sevinc Əliyeva
Ordu.az