Kanslerin partiyası ABŞ raketlərinin Almaniyada yerləşdirilməsini dəstəkləyib

2024/08/1723525435.jpg
Oxunub: 272     05:16     13 Avqust 2024    
Almaniya Sosial Demokrat Partiyasının (ASPD) Rəyasət Heyəti Amerika raketlərinin Almaniya ərazisində yerləşdirilməsini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı partiya rəhbərliyinin qəbul etdiyi sənədə istinadən yazır.

Qəbul edilən sənəddə göstərilib ki, 2026-cı ildən Almaniyada ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsinə dair razılaşma Rusiyaya qarşı müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır.

Eyni zamanda sosial demokratların rəhbərliyi ABŞ-ın raketlərinin Şərqi Almaniya ərazisinə yerləşdirilməməli olduğuna işarə edib. Belə ki, silahlar adi döyüş başlıqları ilə təchiz ediləcək və ABŞ-ın Qərbi Almaniyadakı mövcud hərbi obyektlərində yerləşdiriləcək.

Bundan əlavə, partiyanın yaxın həftə və aylarda öz üzvləri və vətəndaşları ilə dialoq üçün məkan yaradacağı qeyd edilir. Bundestaq da parlamentdəki yay tətilindən sonra bu məsələ ilə hərtərəfli məşğul olacaq.

Qeyd edək ki, Almaniyanın hazırkı kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının üzvüdür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya   Raket  


Bizi "telegram"da izləyin