Ordu.az xəbər verir ki, bu barədə Tayvanın “Taipei Shibao” qəzeti məlumat yayıb.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun əməkdaşı Şu Syoxuanın nəşrə verdiyi məlumata görə, bu məsələlər sentyabrın 22-dən 24-dək Filadelfiyada keçiriləcək hərbi sənaye üzrə ABŞ-Tayvan konfransında müzakirə olunacaq. Onun sözlərinə görə, Tayvanda texniki xidmət və təmir üçün müntəzəm olaraq Amerika Birləşmiş Ştatlarına göndərilməli olan bir çox Amerika sistemləri var.
Konfrans çərçivəsində dörd sessiya keçiriləcək: onlar Amerika hərbi-sənaye kompleksinin üzləşdiyi çağırışlara, dünyadakı vəziyyətə cavab verməyə, ABŞ və Tayvan müdafiə müəssisələri arasında əməkdaşlıq modelinə, eləcə də adaya Amerika silahlarının tədarükünə həsr olunacaq.
Ordu.az