Ordu.az xəbər verir ki, Avstriyanın “Diamond” şirkətinin istehsalı olan iki mühərrikli, pərli DA62 TUSAŞ parkına qoşulub.
Məlumata görə, təyyarə sınaqlarda istifadə olunmağa başlayıb.
Prototiplərin havadan izlənilməsi uçuş sınaqlarında böyük əhəmiyyət kəsb edir. Təqib təyyarəsində olan pilotlar və mühəndislər davamlı olaraq digər təyyarə və ya helikopterlə əlaqə saxlayır və sınaqlara öz töhfələrini verirlər.
TUSAŞ uzun illərdir istifadə etdiyi və 1990-cı illərin sonunda özü modenləşdirərək, turbovintli mühərrik quraşdırdığı “S-2E Tracker” tipli təyyarəni son aylarda inventardan çıxarıb.
Sevinc Əliyeva
Ordu.az