“Polad Günbəz” şəbəkə mərkəzli və SZ dəstəkli qoruma təmin edəcək

2024/08/2024--1723454196.jpg
Oxunub: 562     17:41     14 Avqust 2024    
2024-cü il avqustun 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilib.

Ordu.az xəbər verir ki, iclasda Türkiyə müdafiə sənayesinin çatdığı səviyyə, gələcək hədəfləri və kritik layihələri ilə bağlı mühüm qiymətləndirmələr aparılıb.

Türkiyə Silahlı Qüvvələri, Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığının ehtiyacları üçün 56 layihə qərarlaşdırılıb.

Kamikadze tipli insansız dəniz platformaları, kamikadze tipli pilotsuz uçuş aparatları, uzaq mənzilli raket sistemləri və Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə bağlı qərarlar qəbul edilib.

İclasda təbəqəli HHM sistemləri ilə bütün sensor və silahların inteqrasiya olunmuş şəkildə işləməsini təmin edən yerli və milli “Polad Günbəz” (Çelik Kubbe) layihəsi də müzakirə edilib.

Yerli və milli layihə “Polad Günbəz” aşağdakı fəaliyyətləri təmin edəcək:

Təbəqəli HHM sistemləri ilə bütün sensor və silahların bir şəbəkə quruluşu altında bir-biri ilə inteqrasiya olunmuş şəkildə işləməsini,

Ümumi hava şəklinin yaradılmasını,

Real vaxt rejimində əməliyyat mərkəzlərinə çatdırılmasını,

Süni zəka dəstəyi ilə qərar qəbul edənlərə təqdim olunmasını.

“Polad Günbəz” layihəsi ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və MKE şirkətləri tərəfindən birgə həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM   Polad-Günbəz  


Bizi "telegram"da izləyin