Ordu.az xəbər verir ki, bunu ictimai xadim Sergey Karnauxov deyib.
“Mən bir çox məmurlar tanıyıram ki, Ermənistanla münasibətləri saxlamaq üçün çox işlər görürlər. Erməni xalqı bir daha təsdiqlədi ki, Paşinyan öz seçimidir. Rusiya bu seçimi dəstəkləyir, çünki bu, xalqın seçimidir. Bu başqa məsələdir ki, siyasi texnologiyalar insanlara istənilən seçim imkanı verir. Siyasətçi də bir peşədir. O, strategiyası, dövlət təfəkkürü olan insandır. Onda (Paşinyanda-red.) bu yoxdur. Mən Ermənistanın inkişafı üçün güclü strateji sənəd görmək, prioritetləri görmək istəyirəm”, - deyə Karnauxov qeyd edib.
Rusiya hərbçilərinin Ermənistanda olmasına gəlincə, o bildirib: “Rusiyaya bu lazımdırmı? Qətiyyən yox. Müasir müharibə göstərdi ki, ordunun olması heç nəyi həll etmir, hər şey texnoloji yolla həll olunur, raketlər istənilən məsafəni qət etməyə imkan verir. Rusiyanın 102-ci bazasının olub-olmamasının fərqi yoxdur, orda hədəflərimiz varsa, raketlərimiz onları vuracaq”.
Alpər Mövludoğlu
Ordu.az