Erməni ictimai xadim: “2020-ci ildən sonra özümü heç bir gün, heç bir bir saat təhlükəsiz hiss etmirəm”

2024/08/1723446865.jpg
Oxunub: 362     14:57     13 Avqust 2024    
“Mən, bir Ermənistan vətəndaşı olaraq, 2020-ci ildən sonra özümü heç bir gün, heç bir bir saat təhlükəsiz hiss etmirəm”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Armine Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan gözlənilməz atmosferdədir.

“Bu vəziyyətdə sağlam həyat tərzini təbliğ etmək, velosiped sürmək və s. xüsusi bir məqsəd üçün edilir. Müxtəlif yerlərdə oluram, telefonumla şəkil, video çəkirəm, amma göstərmirəm, özümü narahat hiss edirəm. Mən onların (hakimiyyət nümayəndələri-red.) tipini başa düşə bilmirəm. Bu, həqiqətən günahdır, çünki hər şey müvəqqətidir, hər şeyin öz məntiqi sonu var”, - deyə Qriqoryan qeyd edib.

Qriqoryan bildirib ki, Ermənistan hakimiyyətinə 2050-ci ilə qədər deyil, yaxın 5 ay üçün planlar qurmağı tövsiyə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin