Erməni keşiş: “Sentyabr ayından aktiv fəaliyyətə başlayacağıq”

2024/08/1723446591.jpg
Oxunub: 298     12:07     13 Avqust 2024    
“Sentyabr ayından aktiv fəaliyyətə başlayacağıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistandakı aksiyaların lideri, erməni keşiş Baqrat Qalstanyan Qəmərli şəhərində sakinlərlə görüşdə deyib.

“Bu müddətdə həm peşəkar qruplar toplaşır, həm də siyasi meydan saflaşır. Biz hərəkətlər, qruplar mənasında zənciri formalaşdırmalıyıq, ikincisi, nizam-intizamı ciddi şəkildə yerinə yetirməliyik. Əməliyyat üsullarını da dəyişəcəyik. Ola bilsin ki, İrəvana müxtəlif vilayətlərdən gələnlərin gəlməsinə ehtiyac qalmayacaq, amma biz başqa yolla bu insanları (hakimiyyət nümayəndələrini-red.) diz çökdürəcək və uzaqlaşmağa məcbur edəcək məqsədyönlü hərəkətlər etməyə çalışacağıq”, - deyə Qalstanyan qeyd edib.

Erməni keşiş bildirib ki, dövlət üç təbəqədə parçalanıb, bu təbəqələr daxili, xarici və informasiya təbəqələridir.

“Təhlükəsizlik məsələlərinə gəlincə. Biz üç təbəqədə əzilmişik: daxili, xarici və informasiya. Ərzaq təhlükəsizliyi və digər sahələri demirəm. Bu insanlar ən alçaq xəyanətlə bütün təhlükəsizlik zonalarımızı təhvil verdilər və indi də təhvil verirlər. Vətəndaş heç bir şəkildə müdafiə olunmur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş  


Bizi "telegram"da izləyin