Britaniya hərbi qulluqçuları termal aşkarlama və PUA-nı idarə edə bilən, bədənə taxılan texnologiyanı sınaqdan keçiriblər

2024/08/2024--1723442612.jpg
Oxunub: 366     18:37     14 Avqust 2024    
Böyük Britaniya hərbi qulluqçuları termal aşkarlama və Pilotsuz Uçuş Aparatını (PUA) idarə edə bilən, bədənə taxılan texnologiyanı sınaqdan keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi internet saytında dərc edilən açıqlamada bildirilib.

Açıqlamada Britaniya hərbi qulluqçularının yeni nəsil bədənə taxılan texnologiyanı sınaqdan keçirdikləri qeyd edilib.

Bu çərçivədə hərbi qulluqçular üçün bədənə taxılan texnologiyada əhəmiyyətli irəliləyişlər edilərək, əməliyyat üstünlüklərinin artırıldığı vurğulanıb.

Bu yeni texnologiyanın sınağı kontekstində Britaniya ordusu lazerlər, yerüstü sensorlar və PUA-ların idarə edilməsini təmin edən, geyilə bilən cihazlar da daxil olmaqla, bədənə taxılan yeni nəsil texnologiyanı sınaqdan keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PUA  


Bizi "telegram"da izləyin