Ordu.az xəbər verir ki, Filippin Cənubi Koreya sistemlərinə maraq göstərməyə davam edir.
Filippinin 4,5 nəsil döyüş təyyarəsi layihəsi olan KF-21 ilə maraqlandığı bildirilib.
Bu yaxınlarda Filippin KF-21 döyüş təyyarəsi hazırlayan KAI-yə təyyarə haqqında məlumat sorğusu göndərib.
KAI-nin beynəlxalq biznesin inkişafı üzrə vitse-prezidenti Şin Donq Hak Filippinin bu istəyinə cavab hazırlayacaqlarını bildirib.
Bundan əlavə, İndoneziyanın layihə üçün maliyyə və inkişaf dəstəyi məhdud olsa da, 2025-2029-cu illər arasında “Indonesian Aerospace” tərəfindən IFX istehsalı üçün planlar davam edir.
Şin KAI-nin iyulun əvvəlində KF-21-in kütləvi istehsalına başladığını və təyyarənin 2026-cı ilin sonunda Koreya Respublikası Hərbi Hava Qüvvələrinə qoşulacağını vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az