Ordu.az xəbər verir ki, bu barədə avqustun 11-də Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.
“Səkkiz uşaq olmaqla 69 nəfər xəstəxanadadır. 17 yaralının vəziyyəti ağırdır. İki uşaq olmaqla 29 zərərçəkənə ambulator yardım göstərilib. Səkkiz nəfər evə buraxılıb”, - deyə o vurğulayıb.
Nazirin qeyd etdiyi kimi, 11 nəfər, o cümlədən dörd uşaq Moskvanın federal tibb mərkəzlərində və xəstəxanalarında müalicəsini davam etdirir.
Ordu.az