Şimali Koreya yenidən Cənubi Koreya zibil dolu şarlar göndərib

2024/08/66b7b-3446634212.jpg
Oxunub: 442     23:07     10 Avqust 2024    
Cənubi Koreya Şimali Koreyanın zibil dolu hava şarlarını yenidən ölkə ərazisinə göndərdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, “Yonhap” agentliyinin Cənubi Koreya Baş Qərargahına (JCS) istinadən verdiyi açıqlamada zibil dolu şarların Şimali Koreyadan ölkə ərazisinə göndərildiyi bildirilir.

Açıqlamada hava şarlarının paytaxt Seulu əhatə edən Gyeonggi əyalətinin şimal hissəsinə doğru hərəkət etdiyi bildirilir.

Yerli əhaliyə şarlara toxunmamaq və şarların düşdüyü ərazilər barədə polisə məlumat verməklə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Şimali Koreya mayın sonundan Cənubi Koreyaya 3 mindən çox zibil dolu şar göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin